- 24 İyun 13:32
Səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib.
E-huquq.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.
Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib. Kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.