Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkarın hüquqları müəyyən edilir


  • 4 May 2023 12:40

Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkarın hüquqları müəyyən edilir.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.

Yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları var:

yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini tələb etmək;

- yoxlayıcı orqanların (yoxlayıcıların) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək;

-. sübut və izahatlar təqdim etmək;

- yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini aparmaq və bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək;

- öz hüquq və mənafelərini qorumaq məqsədilə üçüncü şəxsləri yoxlama prosesinə cəlb etmək;

- yoxlama obyektinə aid olmayan, həmçinin yoxlamanın aparılması haqqında qərarda qeyd olunan yoxlama dövrünə aid olmayan məlumatları (sənədləri) yoxlayıcıya təqdim etməmək;

- yoxlayıcının qanunsuz tələblərini icra etməmək

Oxşar xəbərlər