Baş Prokurorun birinci müavini və yeni müavinləri təyin olundu


  • 21 May 2020 15:43

Baş Prokurorun birinci müavini Rüstəm Usubov vəzifəsindən azad olunub.

E-huquq.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Elçin Məmmədov təyin edilib.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin olunub.

N. Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.

Oxşar xəbərlər