İraq Prezidenti COP29-a dəvət olundu


  • 24 Aprel 20:25

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə səfir "X" səhifəsində məlumat paylaşıb.

İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Oxşar xəbərlər