- 15 Oktyabr 23:30
ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatından Senata namizəd olan demokrat Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Respublikaçılar Partiyasının tərəfdarları ilə keçirilən seçkiqabağı tədbirdə danışıb.
“O, yüz faiz ‘Müsəlman Qardaşlar’ın adamıdır”, – ABŞ Prezidenti iddia edib.
Tramp Əl-Səyyidin Senatın Kəşfiyyat Komitəsinə üzv seçilməsi ehtimalını da istehza ilə şərh edib.
Qeyd edək ki, 41 yaşlı Əl-Səyyid daha əvvəl bu təşkilatla əlaqələrinin olması barədə iddiaları rədd edib.
Misir əsilli siyasətçi Miçiqanda doğulub və böyüyüb. O, ixtisasca həkimdir və ştatın səhiyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Noyabrın 3-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Əl-Səyyid ABŞ Senatının ilk müsəlman üzvü olacaq.