Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir


  • 00:07

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla başa çatması bütün Asiya boyu regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişaf etdirilməsində mühüm mərhələdir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

XİN görüşün əsas nəticələrini sıralayıb: Bakı Bəyannaməsinin və Əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatln qəbul edilməsi; Laos Xalq Demokratik Respublikasının AQEM-ə tamhüquqlu üzv olması; Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması; Səfir Sultan Hacıyevin 2026–2030-cu illər üçün AQEM-in Baş Katibi təyin edilməsi; Kambocanın ratifikasiyası ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi prosesinin tamamlanması; Asiyada çoxtərəfliliyə, qarşılıqlı əlaqələrə, sülh və təhlükəsizliyə yenilənmiş sadiqlik.

"Azərbaycan daha dinc və firavan Asiyaya doğru dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi AQEM-in gücləndirilməsinə sadiq qalır", - paylaşımda bildirilib.

Oxşar xəbərlər