COVID-19 əleyhinə vaksinasiya 2 il ərzində dövlət ambulator-poliklinik müəssisələrində icra olunacaq


  • 16 Yanvar 2021 23:51

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələri dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılacaq.

E-huquq.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB Ədliyyə Nazirliyi 2021-ci il ərzində COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələrinin dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılmasını təmin etməlidir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Ədliyyə Nazirliyinə 2021-2022-ci illərdə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya kampaniyasının icrasını təmin etmək tapşırılıb.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu