Azərbaycanda COVID-19-dan 28 nəfər öldü


  • 15 Sentyabr 2021 18:49

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 064 yeni yoluxma faktı qeydə alınıb, 3 831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu