Azərbaycanda faktiki hava açıqlandı


  • 25 Noyabr 11:15

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Astarada 27.0 mm, Lənkəranda 22.0 mm, Qəbələdə 17.0 mm, Göygöldə 9.0 mm, Daşkəsəndə 8.0 mm, Gədəbəy, Gəncədə 7.0 mm, Mingəçevir, İsmayıllı, Oğuzda 6.0 mm, Quba, Lerik, Qusarda 5.0 mm, Ləzə, Yardımlı, Şəmkirdə 4.0 mm, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3.0 mm, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2.0 mm, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 5.0 mm, Bakı, Pirallahıda 0.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Xınalıq, Daşkəsəndə 5 sm, Qrızda 4 sm, Göygöl, Altıağacda 2 sm, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

Oxşar xəbərlər