- 09:45
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi “şöbə müdiri”, “baş mütəxəssis” və “aparıcı mütəxəssis” vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edir:
E-huquq.az xəbər verir ki, namizədlərə dair tələblər aşağıdakılardır:
- Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
- Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
- Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:
- Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
- Magistr və ona bərabər ali hüquq təhsili.
Müsabiqənin şərtləri:
Müraciət edənlər arasından elan olunmuş vəzifələrə daha uyğun gələn namizədlər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq. Yazılı imtahan sualları test və kazus formasında tərtib ediləcək.
Test sualları Azərbaycan Respublikasının aşağıdakı normativ hüquqi aktlarını əhatə edəcək:
- Konstitusiya;
- “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu;
- Mülki Məcəllə;
- Mülki Prosessual Məcəllə;
- Cinayət Məcəlləsi;
- Cinayət Prosessual Məcəllə;
- Əmək Məcəlləsi;
- İnzibati Xətalar Məcəlləsi;
- İnzibati Prosessual Məcəllə;
- “İnzibati icraat haqqında” Qanun;
- “Vətəndaşların müraciətləri haqqında” Qanun.
Kazus sualları Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyi üzrə tərtib ediləcək.
Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Xahiş edirik CV-lərinizi göndərərkən iddia etdiyiniz vəzifənin adını emailin “Mövzu” hissəsində qeyd edəsiniz.
Müraciət üçün son tarix: 20 oktyabr 2026