Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışdı


  • 19:52

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də toxunub.

E-huquq.az xəbər verir ki, Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun fəaliyyəti barədə müsbət fikirlər səsləndirdiyini bildirib.

“Azərbaycan Prezidenti mənə dedi ki, Prezident Tramp altı ay ərzində möcüzələr yaradıb və heç kim bunun baş verəcəyini belə düşünmürdü”, - ABŞ Prezidenti qeyd edib.

Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanın da prosesdə onun şəxsi müdaxiləsinin əhəmiyyətini vurğuladığını bildirib.

“Ermənistanın Baş naziri bildirib ki, Prezident Tramp şəxsən bu işə qoşulmasaydı, bu sıçrayış mümkün olmazdı”, – Tramp deyib.

Oxşar xəbərlər