Bakıda bağban işlədiyi evdən oğurluq etdi


  • 14:26

Bakıda 48 yaşlı kişi bağban işlədiyi evdən oğurluq edib.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib. Belə ki, Fuad Qasımov (şərti ads-oyad) bağban kimi işlədiyi evə həyətə gələrək əkəcəyi şitillərin alınıb-alınmadığını öyrənmək istəyib. Həyətə daxil olduqda şitillərin artıq alındığını görüb. Bu zaman evdə heç kimin olmadığını, həmçinin birinci mərtəbənin qapısının açıq qaldığını görüb.

O, evə daxil olaraq dəhlizə keçib. Burada masanın üzərində noutbuk görüb. Həmin an noutbuku satmaq qərarına gəlib və onu özü ilə gətirdiyi bel çantasına qoyaraq evdən çıxarıb.

Lakin sonradan fikrini dəyişərək noutbuku geri qaytarmaq istəyib. Axşam saatlarında yenidən evə yaxınlaşsa da, bu dəfə qapının bağlı olduğunu görüb. Noutbuku qaytara bilməyən F.Qasımov onu evin yaxınlığında gizlədib.

Bir müddət sonra isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmədə əməlindən peşman olduğunu bildirən F.Qasımov ona elan edilmiş ittihamla özünü təqsirli bilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə F.Qasımov Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər