- 17:53
Türkiyənin Mersin vilayətində itkin düşən 50 yaşlı vəkil Remzi Meydanın meyiti Göksu çayında tapılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, yaxınlarının itkin düşməsi barədə məlumat verməsindən sonra polis və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları axtarışlara başlayıb.
Vəkilin avtomobilini Mersin körpüsündə saxladığı və saat 11:00-dan sonra ondan xəbər alınmadığı bildirilib.
Dalğıcların da iştirak etdiyi axtarışlar nəticəsində Remzi Meydanın meyiti sudan çıxarılıb və müayinə üçün ekspertizaya göndərilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Şəbnəm Mehdizadə