Bakıda 6-cı “Grand CEO Lunch” keçirildi - FOTO


  • 8 Dekabr 2022 14:40

Bakıda “Caspian Energy Club”un təşkilatçılığı ilə növbəti “Grand CEO Lunch” keçirilib.

E-huquq.az xəbər verir ki, “Grand CEO Lunch” tədbiri “Caspian Energy Club”un top-menecerləri ilə müxtəlif görüşlərdə iştirak etmiş və pandemiya dövründə sahibkarlara dəstək göstərmiş bir sıra dövlət qurumlarının rəhbər və nümayəndələrini fəxri qonaq qismində bir araya topladı.

"Caspian Energy Club"-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev tədbir iştirakçılarını salamlayaraq, onlara öz dərin təşəkkürünü bildirdi. Telman Əliyev çıxışı zamanı qeyd etdi ki, "Caspian Energy Club"un əsas məqsədi Xəzər-Qara dəniz və Baltikyanı region ölkələrindən olan sahibkarlar arasında beynəlxalq networking əlaqəsini inkişaf etdirmək və özəl sektorla dövlət qurumları arasında dialoqu genişləndirməkdir. Telman Əliyev “Caspian Energy Club” pandemiya dövründə fərdi sahibkarların üzləşdiyi problemlər və onların həlli yollarını müzakirə etmək üçün 300-dən çox onlayn görüş təşkil etdiyini qeyd etdi. Eyni zamanda o, son bir il ərzində "Caspian Energy Club" Türkiyə, Özbəkistan, Polşa, Slovakiya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə öz nümayəndəliklərini açtığını, Qazaxıstan və Gürcüstandaki ofislərinin isə fəaliyyətini bərpa etdiyini xatirlatdı. Bu ofislərin əsas məqsədi "Caspian Energy Club"un üzvlərinə və digər azərbaycanlı iş adamlarına yuxarıda qeyd olunan ölkələrin bazarlarına daxil olmaq üçün rahat şərait yaratmaqdır. Bundan əlavə, sözügedən nümayəndəliklər Azərbaycanın və klubun fəaliyyət göstərdiyi ölkələrin bazarına çıxmaq istəyən xarici investor və iş adamlarına da kömək göstərməktədir.

Telman Əliyev qeyd etdi ki, həm pandemiya dövründə, həm də ondan sonra vergi strukturlarının rəhbər və nümayəndələri, həmçinin Dövlət Gömrük Komitəsi "Caspian Energy Club" ilə sıx və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirdi. O, həmçinin Azərbaycanda investisiya mühitinin inkişafına və yaxşılaşdırılmasına müsbət təsir edəcək bir sıra qanuna dəyişikliklərin tərtib edilməsi istiqamətində fəal iş aparıldığını da vurğuladı.

Telman Əliyev GRAND CEO LUNCH-un baş sponsoru olan Gazelli Group-a, həmçinin tədbirin sponsorları olan Nabucco A&C və VEKA Rus şirkətlərinə xüsusi təşəkkürünü bildirdi.

Tədbir çərşivəsində Gazelli Group–un Direktoru Nərmin İsmayılova, Nabucco A&C şirkətinin Təsisçisi Kəmaləddin Mənsimov, VEKA Rus şirkətinin ölkə üzrə nümayəndəliyin rəhbəri Səbuhi Nuriyev, Özbəkistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Gürcüstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin Sədrinin Müavini Elxan Şiriyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Siyasəti Baş İdarəsinin tərkibində Vergi Qanunvericiliyinin Monitorinqi və Sahiblar Birlikləri ilə İş İdarəsinin Rəisi Əhməd Əhmədov, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti Şöbəsinin Müdiri Fuad Heydərov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalarına Nəzarət Şöbəsinin Müdiri Əhməd Həsənov, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasətin Şobəsinin Müdir Müavini Azər Əliyev çıxış etdilər.

Tədbir çərçivəsində Azərbaycan torpağlarının işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərindən danışıldı. Görüş iştirakçılarına Ağdamda biznesin inkişafı üçün əlverişli şəraiti təmin etmək məqsədi ilə yaradılmış texnopark və digər sənaye parkları barədə məlumat verildi. Tədbirdə həmçinin “Caspian Energy Club”un pandemiya dövründə logistika layihələrinə böyük diqqət yetirildiyi deyildi. Klub Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının yaradılmasının təşəbbüskarlarından biri oldu.

Görüşdə iştirak edən qonaqlar ölkədə özəl və dövlət sektorları arasında ikitərəfli əlaqələrin qorunub saxlanılmasında görülən işə görə "Caspian Energy Club"un idarə heyətinə təşəkkürünü bildirdilər.

Tədbirin sonunda “Caspian Energy Club” üzvlərinə və pandemiya dövründə sahibkarlara göstərdiyi dəstək üçün dövlət qurumlarının nümayəndələrinə sertifikatlar təqdim edildi.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Oxşar xəbərlər