Oman körfəzində iki neft tankeri toqquşdu, 24 nəfər təxliyə edildi


  • 15:21

Oman körfəzində iki neft tankeri toqquşub.

E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Qvardiyası məlumat yayıb.

Məlumatda Oman körfəzində başqa bir neft tankeri ilə toqquşan “Adalynn” neft tankerindən 24 nəfərin təxliyə edildiyi bildirilib.

Digər neft tankerinin növü və vəziyyəti barədə məlumat verilməyib.

Qeyd edilib ki, təxliyə edilən insanlar BƏƏ-nin Şarja Əmirliyində nəhəng neft tankerlərinin yerləşdiyi Xorfakkan limanına köçürülüb.

Açıqlamada insidentlə bağlı əlavə təfərrüatlar verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər