Hörmüz boğazının blokadaya alınacağı barədə məlumatlar neftin qiymətini kəskin artırıb


  • 09:54

Hörmüz boğazı ilə bağlı gərginlik neft qiymətlərini kəskin artırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının Hörmüz boğazını blokadaya ala biləcəyi ilə bağlı açıqlamasından sonra dünya bazarlarında neft qiymətləri sürətlə yüksəlib.

İranla müharibə fonunda əldə olunan müvəqqəti atəşkəs nəticəsində ucuzlaşan neft, ABŞ-nin strateji əhəmiyyətə malik Hörmüz boğazı ilə bağlı təhdidlərindən sonra yenidən bahalaşmağa başlayıb.

Məlumata görə, qlobal xam neft və təbii qaz axınlarının təxminən 20 faizinin keçdiyi bu mühüm marşrutun blokadaya alınacağı barədə qərarın açıqlanmasından cəmi iki saat sonra ABŞ xam neftinin qiyməti 8 faiz artaraq 104,44 dollara çatıb.

"Brent" markalı neftin qiyməti 7 faiz yüksələrək 102,70 dollar təşkil edib.

Ekspertlər bildirirlər ki, dünya enerji daşımalarının əsas arteriyalarından biri hesab edilən Hörmüz boğazında mümkün məhdudiyyətlər bazarda ciddi təchizat problemləri yarada və qiymət artımını daha da sürətləndirə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər