- 16:14
İki həftə əvvəl İranın Hörmüz boğazında ABŞ gəmisinə həyata keçirdiyi bildirilən raket hücumu nəticəsində ABŞ Dəniz Piyadaları Korpusunun səkkiz hərbçisi yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan üç ABŞ rəsmisi məlumat verib.
Məlumata görə, sentyabrın 14-də İran Hörmüz boğazında ABŞ gəmisinə qanadlı raketlə zərbə endirib.
Hücum zamanı gəmidə olan səkkiz ABŞ dəniz piyadası xəsarət alıb. Onların yüngül xəsarətlər və tüstüdən zəhərlənmə ilə yanaşı, ehtimal olunan travmatik beyin zədələnməsinə məruz qaldığı bildirilib.
Məlumata görə, yaralanan hərbçilər sonradan xidmətlərini davam etdiriblər.
Şəbnəm Mehdizadə