Belçikada dövlət qulluqçuları tətil edib


  • 15:47

Belçikada dövlət qulluqçuları hökumətin büdcə ixtisarları və qənaət siyasətinə etiraz olaraq birgünlük tətil keçiriblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya ölkə üzrə nəqliyyat, təhsil, poçt, həbsxana və ictimai yayım xidmətlərində ciddi ləngimələrə səbəb olub.

Həmkarlar İttifaqının çağırışı ilə keçirilən tətil zamanı qatar reyslərinin əksəriyyəti ləğv edilib, Brüsseldə metro və avtobusların hərəkət intensivliyi azalıb, bəzi tramvay xətləri fəaliyyətini dayandırıb. Flandriya bölgəsində də ictimai nəqliyyat xidmətlərində fasilələr yaranıb.

Tətil tullantıların yığılmasına, eləcə də RTBF və VRT televiziya və radio yayımlarına təsir göstərib. Təhsil və poçt xidmətlərində, həmçinin həbsxanalarda da müxtəlif problemlər qeydə alınıb.

Həmkarlar ittifaqı dövlət xərclərinin azaldılmasına, əməkhaqlarının inflyasiyaya uyğun indeksasiyası sisteminə mümkün müdaxiləyə və ƏDV-nin artırılması ehtimalına qarşı çıxır. Etirazçılar qənaət tədbirlərinin işçilərin yükünü artıracağını və dövlət xidmətlərinin keyfiyyətini aşağı salacağını bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər