- 17:22
Türkiyənin Mersin şəhərində yerləşən tütün emalı müəssisəsinin üç anbarında yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın Mersinin Akdeniz rayonunun Huzurkent məhəlləsində fəaliyyət göstərən tütün istehsal edən müəssisənin anbarlarından birində başlayıb, daha sonra digər anbarlara yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Qruplar alovun yayılmasının qarşısını almağa çalışırlar.
Yanğının səbəbi və vurduğu zərərin miqyası ilə bağlı təfərrüatlar açqılanmayıb.
Şəbnəm Mehdizadə