Güclü yağışdan sonra muzeyi su basdı


  • 16:21

Türkiyənin Mersin vilayətində yağan güclü yağışlar bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersinin Silifke rayonunda səhər saatlarında başlayan güclü yağışlar nəticəsində bəzi prospekt və küçələrdə su gölməçələri yaranıb.

Bəzi ev və iş yerlərində su basmasına səbəb olub, sürücülər isə yollarda köməksiz vəziyyətdə qalıb.

Leysan yağışları zamanı Saray məhəlləsindəki Atatürk Evi və Etnoqrafiya Muzeyini də su basıb.

Mersin Su və Kanalizasiya İdarəsi Baş İdarəsinin qrupları muzeyin ətrafında toplanan suyu kənarlaşdırmaq üçün işlərə başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər