- 16:54
Türkiyənin Antalya şəhərində mikroavtobusun aşması nəticəsində 17 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Antalya-İsparta magistral yolunun Topallı məhəlləsi baş verib.
Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürmə, tibb və polis qrupları cəlb edilib.
Qəza nəticəsində xəsarət alan 17 nəfər tibb işçiləri tərəfindən ilkin yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hazırda qəza səbəbindən Antalya-Isparta magistral yolunda nəqliyyatın hərəkəti nəzarətli şəkildə tənzimlənir.
Şəbnəm Mehdizadə