Məhkəmə Robert Köçəryanın həbsdən buraxılmasına qərar verdi


  • 18 İyun 2020 18:00

Ermənistanın sabiq prezidenti Robert Koçaryan apellyasiya məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

E-huquq.az erməni KİV-lərinə istinadən xəbər verir ki, R.Koçaryanın vəkilləri onu azad etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin qərarından şikayət bildirmişdi.

Sabiq prezident 4,1 milyon dollar girov məbləğində azad edilib.

Xatırladaq ki, R.Koçaryan 2018-ci ildə 2008-ci il mart ayında baş verən etiraz aksiyalarının dağıdılmasına görə konstitusion quruluşu devirmək ittihamı ilə həbs edilmişdi. R.Koçaryan iki dəfə həbsdən azad edilsə də, ötən il yenidən həbs olunmuşdu.

Oxşar xəbərlər