Rusiya NATO ölkələrindən birinə hücum edə bilər


  • 10:26

Danimarka Hərbi Kəşfiyyat Xidməti Rusiyanın yaxın aylarda NATO ölkəsinə qarşı məhdud hərbi hücum həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun yaydığı bəyanatda Rusiyanın Ukraynaya dəstək verən NATO infrastrukturuna uzaqmənzilli zərbələr endirə biləcəyi bildirilir. Sənəddə həmçinin fərqləndirici nişanları olmayan kiçik hərbi qüvvə ilə qonşu ölkəyə məhdudmiqyaslı quru əməliyyatının mümkünlüyü qeyd olunur. Belə ssenarinin hazırda riski aşağı qiymətləndirilsə də, onun artdığı vurğulanır.

Hesabat Polşanın Mazoviya bölgəsində "Starlink" peyk stansiyasında baş verən yanğından bir neçə saat sonra açıqlanıb. Polşa rəsmiləri hadisənin qəsdən törədildiyini və təxribat ehtimalının araşdırıldığını bildiriblər. Yanğın nəticəsində Ukrayna ordusu da daxil olmaqla bir sıra qurumların internetə çıxışında fasilə yaranıb.

Hadisə Rusiyanın Avropada Ukraynaya dəstək verən infrastruktura qarşı mümkün hibrid fəaliyyətləri ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib. Moskva isə bu cür hücum və təxribatlarda iştirak etdiyinə dair ittihamları rədd edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər