- 24 Sentyabr 22:34
ABŞ federal məhkəməsi Prezident Donald Tramp administrasiyasına CNN, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evə girişini dərhal bərpa etməyi tapşırıb.
E-huquq.az xəbər verir ki, hakim Timoti Kelli qərarında bu media qurumlarının press kartlarının lazımi hüquqi prosedur təmin edilmədən ləğv edildiyini və qadağanın Konstitusiyaya zidd ola biləcəyini bildirib.
Qərara əsasən, girişin bərpasını nəzərdə tutan müvəqqəti məhdudlaşdırıcı qərar 14 gün qüvvədə olacaq. Ağ Ev əvvəlcə qərarın icrasını dərhal tam təmin etməsə də, gün ərzində CNN, “MS NOW” və “Politico” əməkdaşlarının girişinə icazə verilib.
Qeyd edək ki, Tramp administrasiyası sentyabrın 18-də bu media qurumlarının əməkdaşlarını Ağ Evdən uzaqlaşdırmışdı. Administrasiya qərarı milli təhlükəsizliklə əlaqələndirsə də, məhkəmə bu arqumentlərlə bağlı şübhələrini ifadə edib.