- 09:43
Bu gün Maştağa və Buzovna qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə e-huquq.az "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 25.09.2026-cı il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.