“Süni İntellekt və Hüquq” beynəlxalq akademik proqramı keçiriləcək


  • 20:58

“Abdurahimli Group”un təşkilatçılığı ilə Niderlandın Rotterdam şəhərində hüquqşünaslar və hüquq sahəsində çalışan mütəxəssislər üçün “Süni İntellekt və Hüquq” (“Artificial Intelligence and Law”) beynəlxalq akademik proqramının keçirilməsi nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki proqram Erasmus University Rotterdam-ın Erasmus Law School nəzdində fəaliyyət göstərən Rəqəmsal Hüquq Mərkəzinin professorlarının iştirakı ilə 18-23 yanvar tarixlərində təşkil ediləcək.

Proqramın əsas məqsədi hüquq mütəxəssislərinin süni intellektin hüquqi tənzimlənməsi, rəqəmsal ekosistemlər, məlumatların mühafizəsi və bu sahədə formalaşan beynəlxalq hüquqi yanaşmalar üzrə biliklərinin artırılmasıdır.

Tədris proqramı üç əsas modul üzrə həyata keçiriləcək.

Birinci modul süni intellekt və hüquqi tənzimləmə məsələlərini əhatə edəcək. İştirakçılara hüquqşünaslar üçün süni intellektin əsasları, Avropa İttifaqının Süni İntellekt Aktı (EU AI Act), generativ süni intellektin hüquq peşəsinə təsiri, həmçinin süni intellekt, fundamental hüquqlar və hüquq etikası ilə bağlı mövzular təqdim olunacaq.

İkinci modul məlumatların mühafizəsi, əqli mülkiyyət və hüquqi məsuliyyət məsələlərinə həsr ediləcək. Bu çərçivədə süni intellekt və GDPR standartları, süni intellektdən istifadə zamanı hüquqi məsuliyyət, əqli mülkiyyət və müəllif hüquqları, eləcə də süni intellektin idarə edilməsi və korporativ uyğunluq məsələləri müzakirə olunacaq.

Üçüncü modul isə hüquqi təcrübənin gələcəyinə yönələcək. Burada hüquq firmalarında süni intellektdən istifadə, rəqəmsal sübutlar və süni intellekt analitikası, süni intellektin məhkəmələrdə tətbiqi və rəqəmsal ədalət sistemləri, habelə süni intellektin tənzimlənməsinə dair qlobal yanaşmalar nəzərdən keçiriləcək.

Proqram hüquq peşəsinin rəqəmsal transformasiyası fonunda süni intellekt texnologiyalarının yaratdığı yeni imkanların, hüquqi risklərin və tənzimləmə mexanizmlərinin akademik və praktiki müstəvidə öyrənilməsinə imkan yaradacaq.

Proqrama qeydiyyat üçün son tarix 5 oktyabr müəyyən edilib.

Əlaqə nömrələri:
070 218 69 18
077 218 69 18

Oxşar xəbərlər