- 10:42
Polşanın Yaroslav şəhərində katolik monastırının ərazisində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində bir keşiş həyatını itirib, dörd kişi və bir qadın yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı 31 yaşlı Ukrayna vətəndaşı saxlanılıb. Məlumata görə, şübhəli şəxs əvvəlcə yaxınlıqdakı kafedə bir keşişi yaralayıb, daha sonra monastırın ərazisində daha dörd nəfərə hücum edib.
Polis hadisənin motivini və şübhəlinin hədəflərini müəyyənləşdirmək üçün araşdırma aparır. Yaralananlara psixoloji dəstək göstərilir.
Polşa Prezidenti Karol Navrotski, Baş nazir Donald Tusk və digər rəsmilər hücumu pisləyərək hadisənin qanun çərçivəsində araşdırılacağını bildiriblər. Ukrayna Prezidenti Volodimir Zelenski də hücumu pisləyib və cinayətkarın qanun qarşısında məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Ukraynanın Polşadakı səfirliyi də hadisə ilə bağlı açıqlama yayaraq məsuliyyətin yalnız qanun əsasında müəyyən edilməsinin vacibliyini qeyd edib.
Şəbnəm Mehdizadə