Türkiyədə seçiciləri daşıyan avtobus qəzaya uğradı, 22 nəfər yaralandı


  • 29 May 2023 10:25

Türkiyədə seçiciləri daşıyan avtobus yük maşını ilə toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Anadolu magistralının Sakarya hissəsində baş verib.

AK partiya seçicilərini daşıyan avtobus hərəkətdə olan yük maşınına çırpılıb. Hadisə nəticəsində 22 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi yardımdan sonra Sakarya və Kocaeli xəstəxanalarına aparılıb.

Avtobusda sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər