​Analitiklər: "Avdiivkada şiddətli döyüşlər gedir, vəziyyət ağırdır"


  • 29 Noyabr 2023 10:17

"Hazırda Donetsk vilayətinin Avdiivka rayonu yaxınlığında şiddətli döyüşlər gedir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə "DeepState" analitik qrupunun hesabatında bildirilib.

"Qəsəbə yaxınlığında vəziyyət çox ağırdır. İşğalçı qüvvələr çoxlu sayda piyada ilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini bombalayır. Düşmən Stepnoyeyə girməyə çalışır. Son 24 saat ərzində boz zona bir qədər də genişlənib. Lakin ruslar möhkəm dayana bilməyib və Ukrayna müdafiəçilərinin artilleriyasına məğlub olublar. Oradakı ərazi cəsədlərlə doludur", - məlumatda qeyd olunub.

"Düşmən Avdiivka koks zavodunun ərazisinə də girməyə çalışır. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçılara burada mövqe tutmağa imkan vermir. İşğalçı qüvvələr yeni taktikalardan istifadə etməyə başlayıblar. Zavod binalarını atəşə tutmaq üçün avadanlıq gətirirlər. Söhbət tanklardan, minaatanlardan və digər silahlardan gedir. Son bir həftədə Avdeevka sənaye zonası yaxınlığında vəziyyət dəyişib, çünki düşmən təzyiqi uzatmaq fürsəti görüb. Ukrayna qüvvələri bəzi mövqelərdən geri çəkilməli olub", - hesabatda bildirilib.

Eyni zamanda qeyd olunub ki, Severnı, Pervomayski və Vodyanoy rayonlarında vəziyyət çox dəyişməyib: "Ruslar hücumlarını davam etdirirlər, lakin uğur qazana bilmirlər. Maryinka ərazisində də vəziyyət ağırdır. Kəndin şimal ətraflarında hücumlar davam edir, lakin döyüş xəttində ciddi dəyişiklik yoxdur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər