Baş Qərargah: "İşğalçılar son sutkada Ukrayna ərazisinə 14 raket və 80 hava zərbəsi endirib"


  • 29 Noyabr 2023 11:49

"Son 24 saat ərzində Ukrayna aviasiyası Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 13, zenit-raket komplekslərinə isə 3 zərbə endirib"

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

"Raket qoşunlarının bölmələri işğalçı ordunun komanda məntəqəsini, 5 hava hücumundan müdafiə sistemini, 9 artilleriya silahını, bir sursat anbarını və bir elektron döyüş məntəqəsini vurub", - deyə məlumatda qeyd olunub.

"Eyni zamanda işğalçılar Ukrayna ərazisinə 14 raket və 80 hava zərbəsi endirib, MLRS-dən qoşunlarımızın mövqelərinə və əhalinin məskunlaşdığı ərazilərə 68 hücum təşkil ediblər. Düşmən Ukraynaya pilotsuz təyyarələrlə hücum edib, lakin hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri vurub. Atışma nəticəsində dinc sakinlər həlak olub və yaralanıb. Yaşayış binalar və digər mülki infrastruktur dağıdılıb", - Baş Qərargah qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər