- 16 Mart 23:10
Türkiyənin Sinop şəhərində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sinop-Boyabat magistralında tibb işçilərini daşıyan nəqliyyat vasitəsi ilə minik avtomobili ilə toqquşub.
Qəzadan sonra avtomobillərdən birində yanğın baş verib.
Əraziyə yanğınsöndürmə briqadası , Polis və jandarma qrupları göndərilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə