- 9 Oktyabr 23:29
2024-cü ilin yayı dünyada "ən isti yay" olaraq qeydə alınıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqust ayı kimi qeydə alınıb.
2024-cü ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcə ötüb.
Belə ki, bu yay qlobal miqyasda "ən isti yay" kimi xarakterizə edilib.
2024-cü il həm də 1991-2020-ci illərin orta göstəricisini 1,54 dərəcə, 2022-ci ildəki əvvəlki rekordu isə 1,34 dərəcə üstələyərək Avropa üçün "ən isti yay" oldu.
Şəbnəm Mehdizadə