ANAMA əməkdaşı minaya düşdü - Ayağı amputasiya edildi


  • 13:21

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı noyabrın 17-də Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində minaya düşüb.

Bu barədə e-huquq.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Oxşar xəbərlər