- 10:08
ABŞ-da bit bazarından cəmi 3 dollara alınan keramika kasanın Çinin Sonq sülaləsi dövrünə aid, təxminən 1000 illik nadir sənət əsəri olduğu üzə çıxıb.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda yerləşən “Sotheby's” hərrac evində satışa çıxarılan əsər ilkin qiymətləndirməni xeyli üstələyən məbləğə alıcı tapıb.
Zərif işlənməsi və özünəməxsus dizaynı ilə diqqət çəkən kasanın Çinin imperiya dövründə hazırlanmış nadir sənət nümunələrindən biri olduğu müəyyən edilib.
Hərrac mütəxəssislərinin sözlərinə görə, eyni forma, ölçü və bəzək xüsusiyyətlərinə malik olduğu bilinən yeganə digər nümunə Londondakı Britaniya Muzeyinin kolleksiyasında saxlanılır.
“Sotheby's” mütəxəssisləri hərracdan əvvəl kasanın dəyərini 200 min-300 min dollar arasında qiymətləndiriblər.
Lakin beynəlxalq kolleksiyaçıların iştirak etdiyi hərrac zamanı qiymət sürətlə artıb. Nəticədə tarixi əsər Londondan olan bir incəsənət dileri tərəfindən 2 milyon 225 min dollara satın alınıb.
Şəbnəm Mehdizadə