TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqladı


  • 9 Avqust 2022 15:42

"Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib".

Bu barədə e-huquq.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir: "Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır".

Oxşar xəbərlər