Prokurorluq əməkdaşları üçün təlim keçirilib


  • 28 Oktyabr 2021 12:49

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memoranduma əsasən, 2021-ci il oktyabr ayının 12-dən 21-dək müddətdə DVX-nin Tədris Mərkəzində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əməkdaşları üçün “Aktivlərin qiymətləndirilməsi və onların xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Təlim Tədris Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, qiymətləndirmə üzrə beynəlxalq sertifikata malik mütəxəssislər tərəfindən aparılıb.

Aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətlərini kompleks şəkildə özündə əks etdirən proqram əsasında həyata keçirilmiş təlimin modulu qiymətləndirmənin normativ əsası, əsas növləri, standartları, qiymətləndirmə mühiti və obyekti, qiymətləndirmədə tətbiq olunan metod və yanaşmalar, biznesin qiymətləndirilməsi və sair bu kimi aktual mövzuları əhatə edib.

Təlimi müvəffəqiyyətlə başa vurmuş Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əməkdaşlarına 2021-ci il oktyabrın 27-də müvafiq şəhadətnamə təqdim edilib.

Oxşar xəbərlər