Narkokuryerlikdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 29 May 2023 14:47

Yardımlıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yasər Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cavid Səfərlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 8-nə təyin olunub.

İttihama görə, polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində Y.Ağayevin dərədə gizlətdiyi torbalardan ümumilikdə 10 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın heroin, 2 kiloqram tiryək, 4 kiloqram 464 qram metamfetamin və 200 ədəd güclü təsiredən xassəyə malik həb aşkarlanaraq götürülüb. Onun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qeyd edilən narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyilən yerlərdə gizlətməli olduğu müəyyən edilib. Y.Ağayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər