"Aliment almaq üçün vəkilə müraciət edən valideyn əlavə xərcə düşür"


  • 30 Sentyabr 11:49

“Deputatlara daxil olan müraciətlərin 20%-i alimentin verilməməsi ilə bağlıdır”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

Millət vəkili qeyd edib ki, bu sahədə ciddi problemlər var: “Həm şəhərlərdə, həm də kəndlərdə... Düşünürəm ki, biz Aliment Fondu yaratmalıyıq. Aliment Fondu Tərəfindən aliment valideynə verilsin və aliment verməli olan şəxs dövlət tərəfindən tapılsın və ondan həmin məbləğ alınsın.

Valideyn aliment almaq üçün məhkəməyə müraciət zamanı vəkil də tutmalıdır. Bu isə valideyn tərəfindən əlavə xərclərin çəkilməsinə səbəb olur. Onun belə bir imkanı olsa idi, o heç aliment almaq üçün müraciət etməzdi”.

Oxşar xəbərlər