- 17:46
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxslər təltif edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıda adları olan şəxslər təltif edilib.
"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə
Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)
"Azərbaycan Bayrağı" ordeni ilə
Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir
"İgidliyə görə" medalı ilə
Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant
Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor
Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan
Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.