Azərbaycanın ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Qurbanova Milli Qəhrəman adı verildi


  • 16:25

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə şəhid olub.

Oxşar xəbərlər