- 18:27
Bu hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 0,9, qeyri-hərbi cinayətlər 4,9 faiz azalıb.
E-huquq.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov məlumat verib.
Qeyd edilib ki, 2025-ci ilin birinci yarımili ilə müqayisədə 2026-cı ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 21,2, qulluğa səhlənkar yanaşma cinayətləri 9,1, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələbetmə cinayətləri 75, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 16,7, xuliqanlıq cinayətləri 71,4, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz azalıb.