- 13:05
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində, 17 iyul tarixində "Atlas Bey" gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda bildirilib.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülürdü. İyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Vətənə yola salınıb.