- 5 Avqust 20:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya rəsmi səfəri başlayıb.
E-huquq.az xəbər verir ki, Kiyevdə Azərbaycan XİN rəhbərini Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.