- 10:15
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstandakı münaqişənin ölkənin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllinə dəstəyini bir daha bəyan edib.
E-huquq.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsində yaydığı paylaşımda bildirilib.
"Azərbaycan Gürcüstanla strateji tərəfdaşlığını və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir, iki ölkə arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsinə sadiqdir", – paylaşımda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Azərbaycan Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllini tam dəstəkləyir.
XİN həmçinin Azərbaycanın Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.