- 13:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Niko Paşinyan bu gün baş tutan telefon danışığı zamanı ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.
E-huquq.az xəbər verir ki, söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb.
Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.