Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik etdi


  • 17 Sentyabr 2020 15:27

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Zati-aliləri cənab Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.

E-huquq.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm".

Oxşar xəbərlər