- 11 Sentyabr 23:15
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb.
E-huquq.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb. İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.