- 16:23
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 99 beynəlxalq müşahidəçi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 14 506 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onların bütün seçki məntəqələrində müşahidə aparmaq imkanı olacaq".