Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq


  • 22:28

Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-ü saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Binəqədi rayonunda isə Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 15-i saat 08:00-dan qismən, oktyabrın 16-sı saat 23:00-dan isə tam məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

Oxşar xəbərlər