Kanar adalarına bir həftədə 1 260 qeyri-qanuni miqrant gəlib


  • 15:10

İspaniyanın cənub-qərbində yerləşən Kanar adalarına son bir həftədə 1 260 qeyri-qanuni miqrant gəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, həftəsonu ərzində Qran-Kanariya, El-İerro, Lanzarote, Fuerteventura və Tenerife adalarının sahillərinə 886 miqrant çatıb.

Şimali Afrikadan Atlantik miqrasiya marşrutu ilə kustar qayıqlarda adalara gələn miqrantlar ilkin tibbi müayinədən keçirildikdən sonra sığınacaqlara yerləşdiriliblər.

Kanar adalarının muxtar hökumətinin rəhbəri Fernando Klavixo bildirib ki, sentyabrın əvvəlindən indiyədək adalara 3 800-dən çox qeyri-qanuni miqrant gəlib.

O, İspaniya hökumətini artan miqrasiya axınına qarşı tədbir görməməkdə ittiham edib və 2024-cü ildə olduğu kimi, ilin sonunadək miqrant sayının 47 minə çatacağı ehtimalından narahatlığını ifadə edib.

Klavixo mərkəzi hökuməti yeni miqrasiya dalğasına qarşı tədbir görməyə çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər